Nardaranda növbəti əməliyyat - 5 nəfər saxlanıldı

12:15 | 18.12.2015
Nardaranda növbəti əməliyyat - 5 nəfər saxlanıldı

Nardaranda növbəti əməliyyat - 5 nəfər saxlanıldı

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşları növbəti əməliyyat keçirir.

Trend-in məlumatına görə, bu gün səhər saatlarında Daxili İşlər nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindən silah-sursat, narkotik maddələr aşkar edilib. Əməliyyat zamanı hadisədə təqsirli bilinən daha 5 nəfərin saxlanıldığı bildirilir.

Sabunçu rayon Polis İdarəsindən Trend-ə faktı təstiqləyiblər. İdarədən bildiriblər ki, hazırda əməliyyat qrupu Nardaran qəsəbəsindədir və əməliyyat davam edir.

Nardaran sakini Məşədi Natiq Kərimov isə Trend-ə bildirib ki, qəsəbədə əməliyyat dünən axşam saatlarından başlanıb və bir neçə nəfər saxlanılıb. Saxlanılan şəxslərdən birinin adı Rəşiddir. Saxlanılan şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.

Xatırladaq ki, Nardaran qəsəbəsində əməliyyat noyabrın 26-da başlanıb. Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı "Müsəlman Birliyi" adı ilə tanınan təşkilatın 14 üzvü saxlanılıb. Hadisə nəticəsində baş verən qarşıdurma zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər həlak olub.

Həmin əməliyyatdan sonra hüquq mühafizə orqanları əməkdaşları Nardaran qəsəbəsini nəzarətə götürüb.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür