“NATO ilə Azərbaycan güclü tərəfdaşlıq qurublar”

20:45 | 08.10.2015
“NATO ilə Azərbaycan güclü tərəfdaşlıq qurublar”

“NATO ilə Azərbaycan güclü tərəfdaşlıq qurublar”

Bu gün Rumıniyanın Azərbaycandakı səfirliyində NATO-Azərbaycan əlaqələrinə dair tədbir keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbir Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və NATO-nun Azərbaycandakı rezident-əlaqələndiricisi olan Rumıniya səfirliyi ilə birgə təşkil olunub.
 
Tədbiri açan Rumıniyanın səfiri Daniel Kristian Çiobanu NATO-nun müasir tarixdə mühüm və uğurlu siyasi-hərbi təşkilat olduğunu vurğulayıb. Onun sözlərinə görə, yeni təhlükəsizlik çağırışları birgə yanaşma tələb edir:
 
"NATO və Azərbaycan qarşılıqlı faydalı olan güclü tərəfdaşlıq qurublar. NATO-nun Azərbaycandakı rezident-əlaqələndiricisi qismində Rumıniyanın diplomatik missiyası Şimali Atlantika Alyansının dəyər və prinsiplərinin Azərbaycanda yayılmasına daim diqqət göstərir. Dünyada Azərbaycanın müstəqilliyini ikinci tanıyan ölkə olaraq Rumıniya NATO və rəsmi Bakı arasında əməkdaşlığın gücləndirilməsi və dərinləşdirilməsini fəal şəkildə dəstəkləyir”.
 
Səfir həmçinin Rumıniyanın avrointeqrasiya ilə bağlı təcrübəsini hər zaman bölüşməyə hazır olduğunu bildirib.
 
NATO-nun Cənubi Qafqaz üzrə Əlaqələndirici ofisinin siyasi müşaviri Jiri Preclik isə NATO və onun prioritetləri barədə ətraflı təqdimat verib. Öz növbəsində AGAT-ın prezidenti Nərgiz Xələf dondurulmuş münaqişələrin regional təhlükəsizlik və sabitliyə təhdid olması barədə danışıb.
 
Tədbir çərçivəsində iştirakçılar NATO-Azərbacyan əlaqələrində qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb