NATO müharibəyə hazırlaşır? – VİDEO

10:50 | 03.03.2014
NATO müharibəyə hazırlaşır? – VİDEO

NATO müharibəyə hazırlaşır? – VİDEO

Polşanın hakimiyyəti hərbçilərin yerdəyişməsinə heç bir açıqlama vermir.

Polşanın Zirehli texnika qoşunları Rusiyanın Ukrayna ərazisinə girişindən sonra fəal şəkildə Şərqdə toplanır.Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda məlumatı yerli sosial şəbəkə istifadəçiləri xəbər verib.Bəzi istifadəçilər hətta kolonnaların köçməsini videoya çəkiblər.Sonradan bu zirehli texnikanın Polşa Silahlı Qüvvələrinə aid olan, KTO Rosomak bronetransportyorlarının olduğu aydın olub.Polşanın rəsmi hakimiyyəti hərbçilərin yerdəyişməsinə heç bir açıqlama vermir, amma adi vətəndaşlar bu yerdəyişmənin Rusiyanın Ukraynanı işğal etməsi ilə əlaqələndirirlər. Bu, həm də NATO-nun şərq sərhədlərində adi təlimləri də ola bilər.Rəsmi olaraq Putin ordunu Ukraynaya “həyatı təhlükədə olan rusdilli əhalinin müdafiəsi” və “Krım bazasında yerləşən Qara dəniz donanmasının təhlükəsizliyi” üçün yeridib. Qeyd etmək lazımdır ki, indiyə qədər nə rusdilli əhaliyə, nə də Qara dəniz donanmasına hücum və ya təhlükə barədə heç bir məlumat yoxdur.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM