NATO müdafiə xərclərini artırır

16:19 | 01.06.2016
NATO müdafiə xərclərini artırır

NATO müdafiə xərclərini artırır

NATO-nun avropalı üzvləri son on ildə ilk dəfə olaraq müdafiə xərclərini artıracaq. Bunu NATO-nun Baş katibi Jens Stoltenberg "Financial Times” qəzetində mayın 31-də dərc olunmuş müsahibəsində deyib.

Stoltenberg-in sözlərinə görə, bu ilin proqnozları həmin xərclərin artıq olacağını göstərir. "İndi daha çox qeyri-müəyyənlik, daha çox təhlükə ilə üz-üzəyik”, o deyib.

Ötən il NATO-nun avropalı üzvləri müdafiəyə 253 milyard dollar xərcləyiblər, Birləşmiş Ştatların hərbi xərcləri isə 618 milyarda bərabər olub.

NATO bu il üçün dəqiq rəqəmlər göstərməyib, ancaq Rusiya ilə sərhəd Baltik ölkələri bu il hərbi xərcləri xeyli artırdıqlarını bəyan ediblər. Latviya 60, Litva 35, Estoniya və Polşa 9 faizlik artım elan ediblər. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti