Naxçıvan məsələsində hər hansı siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur- DEPUTAT/VIDEO

12:57 | 02.12.2022
Naxçıvan məsələsində hər hansı siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur- DEPUTAT/VIDEO

Naxçıvan məsələsində hər hansı siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur- DEPUTAT/VIDEO

Naxçıvan məsələsində hər hansı siyasi oyunbazlığın qurulmasına heç bir ehtiyac yoxdur. Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qanunun müzakirəsi zamanı deyib.

 


"Son günlər Naxçıvan Muxtar Respublikası haqqında uyğunsuz fikirlər səsləndirirlər. Naxçıvan həssas zonadır. Bir tərəfdən İran, bir tərəfdən Ermənistanla ən böyük sərhəd Naxçıvan Muxtar Respublikası ilədir. Həssas bölgə olması ilə yanaşı ortaya düşüb erməninin öyrətdiyi, başqa-başqa şəxslər tərəfindən öyrədilənlər gəlib Naxçıvan Muxtar Respublukası haqqında fikir söyləyir. Naxçıvan MR dövlətin, dövlətçiliyin, prezidentin arxasındadır. Ona görə də, burda hər hansı siyasi oyunbazlığın qurulmasına heç bir ehtiyac yoxdur”, - deputat bildirib.

 

Siyavuş Novruzov bildirib ki, hüquq-mühafizə orqanları, başqa qurumlarda apardığı islahatı orda da aparır.


"Korrupsiya harda varsa, yoxlanılır. Neçə nazirlik, neçə komitə yoxlandı, yeddi icra başçısı həbs olundu. Bu, hər bir yerdə edilir. Onlar da Azərbaycan vətəndaşıdır”, - deputat bildirib.

 

 


 

Lida Abbaslı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb