Naxçıvanda Silahlı Qüvvələrin irimiqyaslı təlimləri keçilir

15:58 | 15.11.2016
Naxçıvanda Silahlı Qüvvələrin irimiqyaslı təlimləri keçilir

Naxçıvanda Silahlı Qüvvələrin irimiqyaslı təlimləri keçilir

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində Naxçıvanda "Həyəcan" siqnalı ilə qaldırılan Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinin şəxsi heyət və hərbi texnikası təyin olunmuş döyüş təyinatı rayonlarına çıxarılıb və hərtərəfli təminatla təmin edilib.
 
ANN.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun artilleriya birləşmə və hissələrinin döyüş əməliyyatı rayonlarında peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə təlimlər keçirilir.
 
Döyüşdə tibb təminatının yüksək səviyyədə təşkili üçün tibb bölmələri səhra şəraitində açılaraq müvafiq tapşırıqları yerinə yetirməyə hazırdır.
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb