Naxçıvanla bağlı monitorinq və hesabatlıq portalı yaradılıb

23:23 | 10.10.2023
Naxçıvanla bağlı monitorinq və hesabatlıq portalı yaradılıb

Naxçıvanla bağlı monitorinq və hesabatlıq portalı yaradılıb

Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027 -ci illər üçün Dövlət Proqramı”-nda nəzərdə tutulan monitorinq və hesabatlıq portalı təqdim edilib.

Bu barədə Nazirlər Kabinetində Naxçıvanın sosial-iqtisadi inkişafına dair iclasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı monitorinq və hesabatlıq portalını təqdim edib.

Aidiyyəti qurumlar tərəfindən portalda yerləşdirilən məlumatlar əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən monitorinq və qiymətləndirmələr aparılaraq nəticələri Nazirlər Kabinetinə təqdim olunacaq.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb