Nazarbayev dünya valyutasını yaratmağı təklif etdi

22:06 | 29.09.2015
Nazarbayev dünya valyutasını yaratmağı təklif etdi

Nazarbayev dünya valyutasını yaratmağı təklif etdi

"Yeni keyfiyyətli maliyyə vasitələri lazımdır”.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev dünya valyutasının hazırlanması üzrə BMT-nin üzv ölkələrinin səylərini birləşdirməyi təklif edib, Qazaxıstan liderinin mətbuat xidmətindən bildirilib.   

Oxu.Az xəbər verir ki, Qazaxıstan rəhbəri BMT-nin Baş Assambleyasının 70-ci sessiyasının tirbunasından qlobal böhran ilə mübarizəyə "indi qanunilik, demokratiklik, rəqabət, səmərəlilik və beynəlxalq nəzarət meyarlarına cavab verməyən” emissiya və dünya valyuta ehtiyatlarının dövriyyəsində qayda-qanunun yaradılması ilə başlamağın lazım olduğunu qeyd edib.

"XXI əsrdə dünyaya yeni keyfiyyətli maliyyə vasitələri lazımdır. Qlobal inkişaf və rifahın məqsəd və vəzifələrinə cavab verən dünya valyutasının hazırlanması üzrə BMT-nin üzv ölkələrinin səylərini birləşdirmək lazımdır”, - Nazarbayev deyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb