Nazir: "AZAL-ın özəlləşdirilməsi ideyası uğurlu olmayacaq"

15:54 | 02.10.2015
Nazir:

Nazir: "AZAL-ın özəlləşdirilməsi ideyası uğurlu olmayacaq"

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin özəlləşdirilməsi ideyası uğurlu olmayacaq.
 
"Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov bildirib: "Özəl hava şirkətləri uğurlu deyil. Çünki özəl aviaşirkətlər tez-tez müflisləşir və hökumət onları qorumaq məcburiyyətində qalır".

"Məsələn, ABŞ-da üç belə şirkət var. Onlara daim hökumət tərəfindən yardım edilir. Digər, nisbətən orta ölkələrdə isə həmin şirkətlər subsidiyaların köməyi ilə fəaliyyət göstərir", - nazir vurğulayıb.

İctimai nəqliyyat sektorunda isə özəlləşdirməyə gəlincə, S.Şərifov bu məsələyə baxa biləcəklərini deyib: "Bu sahədə özəl sektorun iştirakı artıq təmin olunub. Belə ki, yerüstü nəqliyyat demək olar ki, özəldir. Sadəcə olaraq, bu sahədə tənzimləmədə müəyyən işlər görməliyik".
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür