Nazir: "Azərbaycanın turizm mərkəzlərindəki otellərdə boş yer qalmayıb""

00:20 | 27.12.2014
Nazir:

Nazir: "Azərbaycanın turizm mərkəzlərindəki otellərdə boş yer qalmayıb""

"Yeni illə bağlı Şahdağ Qış-Yay Turizm Kompleksində, Qəbələdə, Lənkəranda, Şəmkir və Gəncənin otellərində bütün yerlər 100% dolub. Otellərdə boş yerlər qalmayıb. İstirahətini Azərbaycandan kənarda keçirənlərlə yanaşı, öz vətənində gözəl istirahət edənlər və etmək istəyənlər də var".

ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2014-cü ilin son kollegiya iclasında deyib.

"İnsanlar azaddır. Kim hansı ölkədə istirahətə getmək istəyirsə, ora gedir. Dediyim kimi, istirahətini Azərbaycanda keçirənlər də, çoxdur. Təbii ki, xaricə axının qarşısını ala bilmərik. Bu il Azərbaycanda ölkədaxili turizm 21% artıb. Bu, yaxşı göstəricidir", - o bildirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM