Nazir: "Bu qərarın nəticəsində heç kim işdən azad olunmayacaq"

16:42 | 17.01.2015
Nazir:

Nazir: "Bu qərarın nəticəsində heç kim işdən azad olunmayacaq"

Məktəblərdə aşağı dərs yükündə çalışan müəllimlər yəni həftədə bir, üç saat dərsləri olan müəllimlər var. Bu qərar onlar üçün daha xoş xəbər oldu. Yeni sərəncama əsasən müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə yəni 12 saatdan - 18 saatadək, aylıq vəzifə maaşının isə orta hesabla 2 dəfə artırılması nəzərdə tutulur. 

ANN.Az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov keçirdiyi mətbuat konfransında qeyd edib. 

Nazir qeyd etdi ki, "Bu qərarın nəticəsində bu gün heç kim işdən azad olunmur. Əksinə olaraq müəllimlərin işdəki fəallığı, peşəkarlıq səviyyəsi daha da artacaq. Bundan başqa təhsil naziri müəllimlərin sınaqqiymətləndərmə məsələsindən söz açanda bildirdi ki, yüzlərlə müəllim sınaqqiymətləndirmə prosesi həyata keçirəndə bu və ya digər səbəblərdən işdən çıxma barədə ərizə təqdim etdi. Müəllimlərin belə addım atması bizdə və təhsil işçiləri arasında heçdə xoş qarşılanmadı. Bu qiymətləndirmə həqiqətəndə hansı müəllimin zəif hansının daha güclü olmasını ortaya qoydu".
 

Orxan Aslanlı

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM