Bu gün AZTV-də "Çıxışa doğru” proqramında ölkədə kütləvi hal alan yanğınlar müzakirəyə çıxarılıb.
Anews.az xəbər verir ki, verilişdə onaq olan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və Milli Məclisin komitə sədri Sadiq Qurbanov məsələ ilə bağlı açıqlamalarla çıxış ediblər.
"Son bir həftədə Bakının müxtəlif rayonlarında, Bakı-Sumqayıt yolunun üstündə yanğınlar baş verib. 1,5 hektar sahədə həm otluq, həm də ağaclar yanıb. Gülüstan sarayının yaxınlığında 500 kvadrat metr sahədə yanğın olub.
Otlar o qədər qurudur ki, çox sürətlə yanır. Yayılaraq ağaclara keçir. Bir gündə Azərbaycan üzrə FHN-ə 160-190 çağırış gəlir. Bu çağırışların hamısına müsbət cavab verilir. Bakıdakı tıxaca nəzərən maşınlarımız vaxtında gedib çata bilirlər. Bəzən yubanmalar olur.
Mən açıq deyə bilərəm ki, bu yanğınların 90 faizi insan faktorundan qaynaqlanır”.
"Biçilmiş sahələrin yandırılması yüz faiz insan faktorudur. Biçilməmiş sahələrin yandırılması da bu qəbildəndir. Burada ehtiyatsızlıq çox nadir hallarda ola bilər.
Yanğınların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək lazımdır. Bunu da edirik. Maarifləndirmə, insanlarla söhbət, iş adamları, istirahət mərkəzlərini işlədənlərlə söhbətlər aparılır, qaydalara əməl etməyənlərə qarşı cərimə tətbiq edilir”.
Daha ətraflı videomaterialda:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !