Nazir “Rio-2016”da uğur qazanmış idmançılarla görüşdü - FOTOLAR

14:47 | 24.09.2016
Nazir “Rio-2016”da uğur qazanmış idmançılarla görüşdü - FOTOLAR

Nazir “Rio-2016”da uğur qazanmış idmançılarla görüşdü - FOTOLAR

Sentyabrın 24-də təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri olan "Rio-2016” Yay Olimpiya və Paralimpiya Oyunlarında uğur qazanmış idmançılarla görüşüb.

Təhsil Nazirliyindən ANN.Az-a verilən məlumata görə, görüş iştirakçılarını təbrik edən Mikayıl Cabbarov bildirib ki, XXXI Yay Olimpiya Oyunları Azərbaycan olimpiya yığması üçün uğurlu olub. "Rio-2016”da Azərbaycan komandası 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla, ümumilikdə 18 medal qazanıb. Həmçinin XV Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması 1 qızıl, 8 gümüş və 2 bürünc medal qazanıb.

Nazir qeyd edib ki, ölkəmizin idman şərəfini layiqincə təmsil edərək bu oyunlarda ən yüksək nailiyyət qazanmış idmançıların 3 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələridir. Mikayıl Cabbarov son 13 il ərzində ölkəmizdə 3 mindən artıq məktəb tikildiyini və bu məktəblərdə yaradılan idman infrastrukturundan səmərəli istifadənin əsas məqsədlərdən biri olduğunu vurğulayıb.

Görüşdə iştirak edən "Rio-2016 "Yay Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçıları, "Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının yetirməsi Toğrul Əsgərov, Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Hacı Əliyev, "Rio-2016” Paralimpiya Oyunlarının qızıl mükafatçısı, Gəncə şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Ramil Qasımov dəvət üçün təşəkkür ediblər və gələcək idman uğurlarına imza atmaq üçün bundan sonra var qüvvə ilə çalışacaqlarını bildiriblər.

Görüşün sonunda təhsil naziri idmançılara təşəkkürnamə və hədiyyələr təqdim edib.
 









www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb