Nazir: "Tezliklə Azərbaycanda meşə örtüyü əraziləri 12 faizə çatdırılacaq"

21:23 | 24.12.2015
Nazir:

Nazir: "Tezliklə Azərbaycanda meşə örtüyü əraziləri 12 faizə çatdırılacaq"

"Son 10 ildə 100 min hektardan çox yeni meşələr salınıb, ağac əkilib və digər şərait yaradılıb".
APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüsenqulu Bağırov deyib. 

H. Bağırov qeyd edib ki, qısa zamanda meşə örtüyü əraziləri 12 faizə çatdırılacaq: "Etiraf edirəm ki, qazlaşdırma olmasaydı, mübarizəmiz bu qədər uğurlu alınmazdı. Kənd və qəsəbələrin təbii qazla təchizatı aparılan tədbirlərin effektli olması üçün kömək edib".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür