Nazir: Türkiyənin Gülənin ABŞ-dan qaça biləcəyinə dair məlumatları var

16:31 | 28.07.2016
Nazir: Türkiyənin Gülənin ABŞ-dan qaça biləcəyinə dair məlumatları var

Nazir: Türkiyənin Gülənin ABŞ-dan qaça biləcəyinə dair məlumatları var

Ankaranın Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqəsi olan Fətullah Gülənin ABŞ-dan digər ölkəyə qaça biləcəyinə dair məlumatları var.

Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu ədliyyə naziri Bəkir Bozdağ deyib.

O, F.Gülənin hansı ölkəyə qaça biləcəyini açıqlamayıb.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM