Nazirdən tələbələrə ŞAD XƏBƏR

12:38 | 24.10.2017
Nazirdən tələbələrə ŞAD XƏBƏR

Nazirdən tələbələrə ŞAD XƏBƏR

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ayrılan 3558 təqaüddən 63 faizi magistratura və doktorantura pilləsində təhsilə yönəldilib.
 
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında deyib ki, Azərbaycanda elmi kadrların yetişdirilməsində bu proqramın mühüm rolu olub. Nazir xaricdə təhsil üzrə ikinci dövlət proqramının Azərbaycanın universitetlərində həyata keçirilməli olduğunu diqqətə çatdırıb: "Dövlətin resurslarını tələbələrin magistratura və doktorantura pilləsi üzrə təhsillərini xarici ölkələrdə deyil, bunun üçün müvafiq elmi və kadr potensialı olan yerli ali təhsil müəssisələrinin bazasında həyata keçirməliyik. Magistr və doktorantların ümumi təqaüdlər siyahısında 63 faizdən çox olmasını hədəfləyirik. Hazırda bu istiqamətdə hökumətdaxili müzakirələr davam edir".
 
Nazirin sözlərinə görə, hazırda ölkədə doktorantura pilləsində təhsil alanların əksəriyyəti humanitar, sosial və iqtisadiyyat sahələri seçib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb