Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunan İbrahim Məmmədovun TƏRCÜMEYİ-HALI

15:22 | 19.11.2019
Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunan İbrahim Məmmədovun TƏRCÜMEYİ-HALI

Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunan İbrahim Məmmədovun TƏRCÜMEYİ-HALI

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Müvafiq sərəncamla bu vəzifəyə İbrahim Məmmədov təyin edilib.
Yeniavaz.com xəbər verir ki, İbrahim Məmmədov 1964-cü ildə Zərdabda anadan olub.

Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar jurnalistidir. "Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında işləyib.
2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb. 2006-cı ildən 2012-ci ilin fevralınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub. 2012-ci ilin fevralından 2015-ci ilin sentyabrınadək AzTV-nin sədr müavini vəzifəsində çalışıb.
Bu günə qədər Region TV-nin sədr müavini olaraq çalışırdı.

Ailəlidir 2 övladı var.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM