Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var

15:27 | 24.11.2017
Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var

Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var

Ağdaş rayonunda, Biyan zavodu yaxınlığında ağır yol qəzası baş verib.

Anews.az "Report"a istinadən məlumatına görə, "Toyota Prado" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
 
Qəzaya düşənlərin Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları olduğu bildirilir.

Hadisə zamanı sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb,  digər qadın sərnişin isə ölüb. 

Xəstəxanaya yerləşdirilən yaralılardan birinin boynu qırldığından onu dərhal Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM