Nazirlərin Naxçıvan görüşü erməni-rus agentura şəbəkəsini narahat edib

11:00 | 21.08.2014
Nazirlərin Naxçıvan görüşü erməni-rus agentura şəbəkəsini narahat edib

Nazirlərin Naxçıvan görüşü erməni-rus agentura şəbəkəsini narahat edib

“NATO-nun bombardmançı təyyarələri Azərbaycanda yanacaq doldurur və Ukraynadakı separatçıları bombalayırlar”

Xəbər verildiyi kimi, bu sensasion bəyanatla ABŞ, Moldova və Rusiyanın bir sıra kütləvi informasiya vasitələri çıxış ediblər.Moldovanın actualitati.md nəşrinə görə, guya Şərqi Ukraynada mülki obyektlərə hücum edən qırıcı-bombardmançı təyyarələr Ukrayna Hərbi-Hava Qüvvələrinin tanınma nişanları altında uçurlar və onların Azərbaycan, Rumıniya və Moldovadakı aviabazalara qədər uçuşları izlənərək qeydə alınıb: “Onlara bu aviabazalarda texniki xidmət göstərilir, silah ehtiyatları yüklənir. Mümkündür ki, həmin təyyarələrin bəzilərinin pilotları polyaklar, hətta israillilərdir”. Məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək üçün Azərbaycan XİN-dən münasibət öyrənmək istədik. Lakin telefon zənglərinə cavab verən olmadı. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı “Yeni Müsavat”a bildirdi ki, bu barədə Nazirliyin rəsmi münasibəti açıqlanacaq. Günün ikinci yarısında MN-nin rəsmi saytında yer alan məlumatda yayılan iddialar təkzib edilib: “Müdafiə Nazirliyi bildirir ki, bəzi kütləvi informasiya vasitələrində NATO-ya məxsus təyyarələrin Ukraynadakı separatçıları bombalaması məqsədilə yanacaq doldurulması üçün müxtəlif dövlətlərlə yanaşı, guya Azərbaycan ərazisindəki aerodromlardan istifadə edilməsi haqqında yayılan və heç bir fakta söykənməyən məlumatların əsası yoxdur və bu kimi informasiyalar təxribat xarakteri daşıyır”.Sözügedən məlumatın eyni zamanda üç ölkənin mətbuatında yayılması təsadüfə oxşamır. Xüsusilə də bu iddiaların Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin hərbi əməkdaşlıqla bağlı geniştərkibli görüş keçirdiyi və əməkdaşlığın davamlılığı barədə prinsipial qərarların qəbul olunduğu gündə yayılması da maraqlı məsələdir. Bu mənada bəzi müşahidəçilər hesab edir ki, Azərbaycanın adının təxribat xarakterli məlumatda hallandırılması hərbi nazirlərin Naxçıvan toplantısına cavab xarakteri daşıyır və bu məsələnin arxasında erməni-rus agentura şəbəkəsi dayanır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb