Nazirlik: Ankara "Türk axını"nı layihəsini bərpa edə bilər

20:18 | 28.06.2016
Nazirlik: Ankara

Nazirlik: Ankara "Türk axını"nı layihəsini bərpa edə bilər

Türkiyə Rusiyanın "Türk axını" qaz kəməri layihəsini bərpa edə bilər.

Bunu Trend-ə Türkiyənin Energetika və Təbii Resurslar Nazirliyindən deyiblər.

Nazirlikdən qeyd ediblər ki, hazırda bu məsələ baxılma mərhələsindədir.

Qurumdan bildiriblər ki, bu layihənin bərpa edilməsi ilə bağlı dəqiq tarix hələ məlum deyil.

Xatırladaq ki, Rusiya qazının Qara dəniz vasitəsilə Türkiyəyə tədarükünü nəzərdə tutan "Türk axını" layihəsinin reallaşdırılması dekabrın 3-də dayandırılmışdı.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti