Nazirlik Rasim Əliyevin işiylə bağlı sənədləri təqdim etdi

11:26 | 07.10.2015
Nazirlik Rasim Əliyevin işiylə bağlı sənədləri təqdim etdi

Nazirlik Rasim Əliyevin işiylə bağlı sənədləri təqdim etdi

Bir neçə gün əvvəl ANN.Az-ın redaksiyasına daxil olan məlumata görə, bir müddət əvvəl amansızcasına döyülərək Mərkəzi Klinik Xəstəxanaya çatdırılan və orada aldığı xəsarətlərdən vəfat edən jurnalist Rasim Əliyevin həkimi Arzu Rüstəmovun diplomu saxtadır. 

Məsələni dərindən öyrənmək üçün ANN.Az saytı Səhiyyə nazirliyinə sorğu göndərib. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova sorğumuza cavab verib. O bildirib ki, mətbuatda yayılan informasiya həqiqəti əks etdirmir, Liya xanım Arzu Rüstəmovun tibb təhsilini əks etdirən sənədləri də təqdim edib. 

ANN.Az-ın müxbiri məsələni araşdırmaq məqsədiylə Səhiyyə nazirliyinə baş çəkib. Nazirliyin Cavid adlı əməkdaşı müxbirimizə Azərbaycan Tibb Universitetinin diplomununun kserokopiyasını, həmçinin həkimin şüa diaqnostikası sahəsində lazımi hazırlıq keçdiyini əks etdirən tibbi sertifikatı və onun peşəkar hazırlığı artırmaq üçün hazırlıq keçdiyini əks etdirən sənədi təqdim edib. Müxbirimizin bu sənədlərin orijinalını göstərmək barədə müraciətinə isə nazirlikdən bildiriblər ki, bu mümkün deyil və nazirliyin əməkdaşı səbəbi belə izah edib: "Mənə çəkiliş üçün icazə verməməyi tələb ediblər". Düzdür, göstərilən sənədlərdə imza və möhürlər vardı, ancaq orijinalları olmadan onların həqiqiliyini gözlə müəyyənləşdirmək çətin idi. 

Jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar Səhiyyə nazirliyinin yaratdığı komissiyanın apardığı ekspertizanının nəticəsinin nə vaxt təqdim ediləcəyi barədə suala isə mətbuat xidmətinin nümayəndəsi belə cavab verib ki, nazirlik məlumatı təqdim edən kimi mətbuat xidməti ictimaiyyəti bu barədə məlumatlandıracaq. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti