Nazirlik: Silah anbarında partlayış nəticəsində altı nəfər yaralanıb

13:40 | 27.08.2017
Nazirlik: Silah anbarında partlayış nəticəsində altı nəfər yaralanıb

Nazirlik: Silah anbarında partlayış nəticəsində altı nəfər yaralanıb

Hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, onların hamısında qəlpə yaraları olub.
 
Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür.
 
Siyəzən Diaqnostika Mərkəzindən APA-nın şimal bürosuna bildirilib ki, artıq yaralılara tibbi yardım göstərilməsinə başlanılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM