Nazirlik xəbərdarlıq etdi

18:47 | 15.11.2013
Nazirlik xəbərdarlıq etdi

Nazirlik xəbərdarlıq etdi

Noyabr ayının 16-da Respublikamızın ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANN.Az-a verilən məlumata görə, temperatur ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı düşəcək.

Bakıda və Abşeron yarımadasında, buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 8-11, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 11-16, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb