Nazirlikdən açıqlama: İdman dərsi ləğv edilməyib

15:59 | 11.03.2015
Nazirlikdən açıqlama: İdman dərsi ləğv edilməyib

Nazirlikdən açıqlama: İdman dərsi ləğv edilməyib

"Ötən həftə müxtəlif media orqanlarında ali təhsil müəssisələrində bədən tərbiyəsinin ləğv olunması ilə bağlı bir sıra yazılar dərc olunub. Əslində isə məsələ şərh olunduğu kimi deyil, tamamilə başqadır”.

Bu barədə Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov AzVision.az-ın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, təhsil naziri Mikayıl Cabbarovun ötən həftə Azərbaycan Memarlıq və İnşaat Universitetində çıxışı zamanı qeyd etdiyi kimi, bədən tərbiyəsi insanın şəxsiyyət kimi formalaşmasında əvəzsizdir. Biz ali təhsil müəssisələrində bu işin sistemi inkişafı və real dəstəklənməsi üçün yeni alətlər verməyə hazırıq və bunu istəyirik:

"Təhsil Nazirliyi ali təhsil müəssisələrinə təhsil alanların maraq çevrəsinə uyğun olaraq, daha faydalı şəkildə bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün Bədən tərbiyəsi və idman kafedralarının bazasında idman klubunun təşkil olunması, müəllimlərin bu klublarda idman növləri üzrə məşqçi vəzifəsinə götürülməsi və tələbələrin fiziki hazırlığının bölmələrdə aparılmasını tövsiyə edib. Bu da hər bir tələbənin marağına uyğun olaraq, formal deyil, daha effektli bədən tərbiyəsi və idmanla məşğul olmasına zəmin yaradır. Bu tədris ilində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və digər universitetlərdə yeni təşəbbüs uğurla tətbiq olunub və tələbələr öz maraq dairələrinə uyğun olaraq idman klublarında idmanın müxtəlif növləri ilə məşğul olurlar. Deməli, müvafiq universitetin tələbəsi bədən tərbiyəsi ilə formal saatlarda deyil, daha sistemli şəkildə klub və bölmələrdə öz fiziki sağlamlığını möhkəmləndirir. Bu təcrübə dünyanın inkişaf etmiş ölkələrinin ali təhsil müəssisələrində də eynidir”-deyə, C.Valehov qeyd edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM