Nazirliyin 19 əməkdaşı işdən çıxarıldı

17:59 | 06.11.2015
Nazirliyin 19 əməkdaşı işdən çıxarıldı

Nazirliyin 19 əməkdaşı işdən çıxarıldı

 Bu ilin ötən dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19 əməkdaş yaş həddinə görə işdən azad olunub. 

Bu barədə "Report"un sorğusuna cavab olaraq nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Məlumatda qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək qanunvericiliyinin tələblərinə ciddi formada əməl edir: "Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Bu yaşa çatan işçinin həmin müəssisədə çalışma müddətini müvafiq dövlət orqanının rəhbəri hər dəfə 1 ildən çox olmayaraq uzada bilər. Lakin bu, müəyyən hallar istisna olmaqla, 5 ildən çox davam edə bilməz. 

2015-ci ilin ötən dövründə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatan 19 əməkdaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki vəzifələrindən azad olunublar. Bütün əməkdaşlar, o cümlədən işdən çıxarılanlar qanunvericiliyin tələblərini yaxşı bildiklərinə görə işdən azad olunmalarını normal və sakit qarşılayıblar".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM