Neft Fondu neft-qaz satışından milyardlar qazanıb

12:43 | 16.08.2016
Neft Fondu neft-qaz satışından milyardlar qazanıb

Neft Fondu neft-qaz satışından milyardlar qazanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fonduna (SOFAZ) "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 2 milyard 834 milyon dollar həcmində vəsait daxil olub.

Bu barədə Neft Fondundan Oxu.Az-a bildirilib. 

Bu məbləğin 2 milyard 770  milyon dolları "AÇG”-dən mənfəət nefti, 64 milyon dolları isə "Şahdəniz” yatağından mənfəət qazının satışından əldə olunub.

Ümumilikdə, 2001-ci ildən 2016-cı il avqustun 1-dək SOFAZ-a "AÇG”-dən 119,779 milyard dollar, 2007-ci ildən "Şahdəniz” yatağından isə 2 milyard 506 milyon dollar vəsait daxil olub.

Beləliklə, ümumilikdə iki layihədən SOFAZ 122,285 milyard dollar vəsait əldə edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb