Neftçilərdən birinin meyidi tapılmıb

15:00 | 27.12.2015
Neftçilərdən birinin meyidi tapılmıb

Neftçilərdən birinin meyidi tapılmıb

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, ''Günəşli'' yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyidi Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmişdir. Cəsəd Türkmənistana məxsus gəmiyə götürülmüş və Türmənbaşı dəniz limanına aparılmışdır. Cəsədin üzərindən çıxan şəxsiyyət vəsiqəsinə əsasən, onun Qasımov İman Şura oğlu olduğu müəyyən edilmişdir. 

Azərbaycan tərəfinə məlumat daxil olduqdan sonra FHN-in amfibiya tipli ''BE-200ÇS'' təyyarəsi cəsədin respublikaya gətirilməsi üçün hadisə yerinə göndərilmişdir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür