"Neftin aşağı qiymətləri uzunmüddətli prosesdir, amma daimi deyil"

19:54 | 02.02.2016

"Neftin aşağı qiymətləri uzunmüddətli prosesdir, amma daimi deyil"

BP-nin baş icraçı direktoru Bob Dadli OPEC-ə üzv olan, habelə digər neft hasil edən ölkələr, o cümlədən Rusiyanın "qara qızıl”ın qiymətini artırmaq üçün hasilatı azaldacaqlarını düşünmür.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə o, Bloomberg" agentliyinə müsahibəsində bildirib.

"Bunun baş verəcəyini düşünmürəm”, - o, deyib.

Rusiyanın neft hasilatını azaldacağını şərh edərkən o, bildirib:

"Mən buna əmin deyiləm, çox güman ki, sabit qalacaq. Rusiya hasilatı 1-2% azalda bilər, lakin bu, neftin qiymətinə təsir etməyəcək. Amma ABŞ-da neft hasilatının azalmasını görürəm və düşünürəm ki, biz keçən ilin aprelinə nisbətən bu ilin aprel ayında gün ərzində 1 milyon barel az neft alacağıq”.

Dadli qeyd edib ki, neftin cari qiymətlərinin il boyu saxlanılmasını gözləmir.

"Fikrimcə, İran nefti bazara çıxarsa, qiymətlərdə volatillik müşahidə oluna bilər, lakin üçüncü və dördüncü rübdə tələbat bərpa olunacaq ki, bu da qiymətlərə təsirsiz ötüşməyəcək. Ümumilikdə, cari ilin birinci rübündə müşahidə olunan qiymətlər ötən ilin analoji dövrü ilə müqayisədə daha aşağıdır”, - BP rəhbəri bildirib.

Onun sözlərinə görə, neftin qiymətləri 2016-cı ilin birinci rübündə bir il bundan öncə olan qiymətlərdən ucuz olacaq. Bununla yanaşı, Dadli neftin qiymətinin aşağı olması uzunmüddətli proses olmasına baxmayaraq bunun daimi olmadığını izah edib.

O, həmçinin əlavə edib ki, BP neftin bir barel üçün 60 dollar olduğu halda da büdcəni idarə edə bilər, amma devalvasiyaya görə, hasilatın maya dəyərinin ixtisarı sayəsində rentabellik aşağı düşür.

Daha öncə neftin qiymətlərinin ucuzlaşması fonunda BP-nin gəlirinin 91% azaldığı barədə məlumat yayılmışdı.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb