Neftin qiyməti 60 dolları keçdi

10:02 | 30.05.2015
Neftin qiyməti 60 dolları keçdi

Neftin qiyməti 60 dolları keçdi

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,57 dollar yaxud 4,46% bahalaşaraq 60,25 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 4,57%, yaxud 2,86 dollar irəliləyərək 62,58 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 69 dollar/barel olacağı gözlənilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb