Neymar: Koutinyo səhv edib

21:21 | 09.01.2018
Neymar: Koutinyo səhv edib

Neymar: Koutinyo səhv edib

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar fikirləşir ki, yaxın dostu Filippe Koutinyo "Liverpul”u "Barselona”ya dəyişməklə səhv edib.

Anews.az xəbər verir ki, bu iddia ilə İspaniyanın "Don Balon” saytı çıxış edib. Bu saytda gedən xəbərə görə, Neymar bildirib ki, Lionel Messi "Barselona”da Koutinyonun karyerasına mane olacaq və həmyerlisi argentinalının kölgəsində qalacaq.

Koutinyo isə açıqlamasında qeyd edib ki, Neymar ona "Barselona” haqda ancaq yaxşı şeylər deyib:

"Mən Neymarla söhbət etmişdim. Ancaq o, mənə pis heç nə demədi. Əksinə, komanda, şəhər və soyunub-geyinmə otağı barədə yaxşı şeylər danışdı. Mən Luis Suares və Paulinyo ilə də söhbət etmişəm. Onlar da ancaq yaxşı şeylər deyib”.

Qeyd edək ki, dünyanın ikinci ən bahalı futbolçusuna çevrilən Filippe Koutinyo üç həftə "Barselona”ya kömək edə bilməyəcək. Onun qayıdışı fevralın 4-də Kataloniya derbisinə - "Espanyol”la oyuna təsadüf edəcək. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM