Norveç Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı

16:14 | 26.03.2014
Norveç Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı

Norveç Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı

Norveç hökuməti 2014-cü ilin mayın sonunadək Rusiya  ilə hərbi əməkdaşlığın dayandırılmasına dair qərar verib. APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Norveç Müdafiə Nazirliyinin mətbuat mərkəzində bildirilib. “Norveç Ukraynanın Krım Muxtar Respublikasının Rusiya tərəfindən işğal olunmasını və Ukraynada silahlı qüvvələrdən istifadə edilməsini pisləyir. Bu beynəlxalq hüququn açıq pozulması və fəsadlarla yekunlaşacaq yolverilməz bir addımdır”, deyə ölkənin müdafiə naziri İne Mari Eriksen Söreyde bildirib.    Norveç, həmçinin, Rusiyaya dair sonrakı addımlarını  NATO üzrə müttəfiqləri ilə müzakirə etmək niyyətində olduğunu bildirib.   Norveç “Şimal Qartalı” hərbi təlimlərdə iştirakdan imtina edib. Həmçinin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bu ilin aprelinə Norveçə planlaşdırılmış səfəri təxirə salınıb.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM