Norveç Ukraynaya 630 milyon yardım ayıracaq

23:42 | 30.04.2024
Norveç Ukraynaya 630 milyon yardım ayıracaq

Norveç Ukraynaya 630 milyon yardım ayıracaq

Bu il Norveç hökuməti krallığın büdcəsindən Ukraynaya 7 milyard kron (632 milyon dollar) məbləğində əlavə yardım ayıracaq.Bu barədə Norveçin Baş naziri Yonas Qar Stör bildirib.

"Ukraynada vəziyyət daha ciddi və gözlənilməz hala gəldi”, - baş nazir vurğulayıb.

Onun sözlərinə görə, ayrılan məbləğdən 6 milyard kron (540 milyon dollar) ölkəyə hərbi yardım göstərmək üçün nəzərdə tutulub. Pulun qalan hissəsi humanitar və vətəndaş proqramlarının maliyyələşdirilməsinə gedəcək.

Norveç hökumətinin bu il Ukraynaya yardım üçün ayırdığı ümumi məbləğ 22 milyard krona (1,98 milyard dollar) çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti