Nurməhəmmədovun dava salmasının səbəbi açıqlandı

14:54 | 08.10.2018
Nurməhəmmədovun dava salmasının səbəbi açıqlandı

Nurməhəmmədovun dava salmasının səbəbi açıqlandı

UFC-nin yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədov döyüşdən sonrakı davanın səbəblərini açıqlayıb.

Oxu.Az xəbər verir ki, Nurməhəmmədov bunu belə ifadə edib:

"Makqreqorun komandasından məşqçi daim foto paylaşırdı. Həmin fotoda Həbibin əlində şərab olduğu, onu içdiyi, süzdüyü göstərilirdi. Onu bu şəkildə təqdim edirdi. O, bizim ailəni, dəyərləri, dinimizi təhqir edirdi”.

İdmançının atası deyib ki, oğlunu belə şeylərə münasibət bildirməməyə çağırıb:

"Sənin rəqibin var, ona köklən, vəssalam. Həbib Makqreqoru boğucu fəndlə udanda həmin insan onu təhqir etməyə başladı və sonra da Həbib oktaqondan kənara çıxdı. Bu, yolverilməzdir”.

Qeyd edək ki, Əbdülmanaf Nurməhəmmədov daha əvvəl oğlunu bu hərəkətinə görə sərt şəkildə cəzalandıracağını bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb