Nyu Yorkda küçələrdən birinə Məhəmməd Əlinin adı verildi

10:01 | 08.06.2016
Nyu Yorkda küçələrdən birinə Məhəmməd Əlinin adı verildi

Nyu Yorkda küçələrdən birinə Məhəmməd Əlinin adı verildi

Nyu Yorkun yerli hakimiyyəti şəhər küçələrindən birinə bu yaxınlarda vəfat etmiş əfsanəvi boksçu Məhəmməd Əlinin adını verib.
 
Bu barədə Trend "Frans Press" agentliyinə istinadən məlumat verir.

Şəhərin meri Bill de Blazio 33-cü Uest strit küçəsinin adının müvəqqəti dəyişdirilərək Məhəmməd Əli adlandırıldığını bildirib. Elə bu küçədə M.Əlinin heç də az döyüş keçirmədiyi, o cümlədən 1971-ci ildə rinqdə Co Freyzerlə qarşılaşdığı "Medison Skver Qarden" idman sarayı yerləşir.

B.Blazio qeyd edib: "Məhəmməd Əli bizim şəhərin mərkəzi küçələrindən birinə onun adının verilməsinə layiqdir".

Küçənin adı bu qərarın Şəhər Şurası tərəfindən bəyənilməsindən sonra birdəfəlik dəyişdirilə bilər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM