“Nyukasl” klubunun yeni baş məşqçisi müəyyənləşib

23:00 | 17.07.2019
İngiltərənin "Nyukasl” klubunun yeni baş məşqçisi müəyyənləşib.

APA-nın məlumatına görə, Premyer Liqa klubu Stiv Bryusun təyinatını açıqlayıb.

58 yaşlı mütəxəssislə üç illik müqavilə imzalanıb. O, baş məşqçi postunda Rafael Benitesi əvəzləyib.

Qeyd edək ki, S.Bryus bunadək "Birmingem”, "Uiqan”, "Sanderlend”, "Hall Siti” və "Aston Villa”da çalışıb.

www.anews.az
loading...

Xəbər lenti