O əsgər danışdı: "Bəlkə yaşayır..." - VİDEO

14:48 | 07.09.2015
O əsgər danışdı:

O əsgər danışdı: "Bəlkə yaşayır..." - VİDEO

4 güb əvvəl Muğlanın Bodrum ilçəsində ailəsi ilə birgə gizli yolla dənizi keçib Yunanıstan sərhədinə keçmək istəyən, amma faciə nəticəsində həlak olan 3 yaşlı balaca Aylanın cansız cəsədini ilk görən hərbçi danışıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, hərbçi Mehmet Çıplak həmin an həyatının ən ağır dəqiqələrini yaşadığını, hər dəfə televiziya və inyernetdən o şəkillərə baxdıqca yenidən kədərli hisslər keçirdiyini deyib: "Aylan balacanın yanına gələrkən ürəyimdə "Allahım, inşallah yaşayır" deyə dua edirdim. Onun yanına çatarkən həyat işartısı axtarmağa başladım. Amma təəssüf ki, heç bir həyat izi yox idi. Çox üzüldüm. Cansız bədənini qucağıma aldım. Sonradan mənə "bu qədər ağır yükü necə qucağına ala bildin" - deyə soruşdular".

39 yaşlı hərbçi hər şeydən əvvəl bir insan həyatının qorunması onların vəzifə borcu olduğunu qeyd edib: "Eyniz amanda mən də bir insan və 6 yaşlı bir oğulun atasıyam. Balaca Aylana yaxınlaşdıqca oğlumu xəyal edirdim və özümü Aylanın atasının yerinə qoydum. Bəzən insanlar ruhsuz bədənə yaxınlaşmağa çəkinirlər, yaxud da cəsədlərə toxunanları ruhsuz biri sayırlar. Amma qətiyyən elə biri deyiləm və Aylanın cansız bədənini qucağıma aldıqda özümü yavrusuna sarılmış bir ata kimi hiss etdim, hətta uzun müddət bu duyğu içərisində də qaldım".

O, hadisə yerinə gələrkən ətrafda xeyli sayda adamın olduğunu, hansısa fotoqrafın şəkil çəkdiyinin fərqində olmadığını bildirib: "Balaca bir uşağın cəsədini daşıyarkən fotomun çəkiləcəyini və bu fotonun dünya mediasında günlərlə müzakirə ediləcəyi qətiyyən ağlıma gəlmədi".

Öz fotosunu mediada gördükdə çox təəccüb etdiyini deyən hərbçi əlavə edib ki, şəkilə baxdıqca həmin anları təkrar yaşayıb: "Ən əvvəl həyat yoldaşımdan, qohum-əqrabalarımdan, iş yoldaşlarımdan təpkilər aldım. Hər kəs məni məzəmmət edirdi ki, belə bir ağır yükü necə daşıya bildin?"


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb