Obama Missuri ştatında fövqəladə vəziyyət elan edib

15:00 | 03.01.2016
Obama Missuri ştatında fövqəladə vəziyyət elan edib

Obama Missuri ştatında fövqəladə vəziyyət elan edib

ABŞ prezidenti Barak Obama azı 10 nəfərin həyatına son qoymuş daşqınlara görə  Missuri ştatında fövqəladə vəziyyət elan edib. APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
 
Qeyd edək ki, 2015-ci ilin sonunda tornado, fırtına və leysan yağışlar ABŞ-ın 11 ştatını əhatə edib. Təbii fəlakət nəticəsində 50-dən çox sakin ölüb. Daşqınlardan ən çox Missuri ştatı zərər çəkib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti