Obameyanq İspaniyada oynamaq istəyir

12:54 | 25.06.2016
Obameyanq İspaniyada oynamaq istəyir

Obameyanq İspaniyada oynamaq istəyir

"Borussiya"nın hücumçusu Pyer-Emerik Obameyanq maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, 27 yaşlı futbolçu İspaniyada oynamağı xəyal etdiyini bildirib:

"İspaniyada oynamaq mənim üçün bir xəyaldır. Uşaqlıqdan bəri bu ölkədə oynamağı arzulayıram. Çünki ailəm İspaniyada yaşayır və mən özümü burada çox xoşbəxt hiss edirəm".

Qeyd edək ki, "Borussiya" ilə 2020-ci ilə qədər müqaviləsi olan Obameyanq ötən mövsüm Dortmund təmsilçisinin heyətində keçirdiyi 49 oyunda 39 qol vurub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb