OBYEKTİVDƏ: Gözdən əlil insanların ağır həyatı - ANN.TV

15:00 | 18.06.2015
OBYEKTİVDƏ: Gözdən əlil insanların ağır həyatı - ANN.TV

OBYEKTİVDƏ: Gözdən əlil insanların ağır həyatı - ANN.TV

Bu yataqxanada dünyanı gözləri ilə görənlər deyil, könülləri ilə duyub yaşayanlar ömür sürürlər. Xüsusi yataqxana olsa da, digərlərindən heç də fərqlənmir. Çünki burada görməyənlərin hərəkətlərini asanlaşdıracaq heç nə yoxdur, amma çətinləşdirən çox şey var. 

ANN.TV-nın çəkiliş qrupu Gözdən Əlillər Cəmiyyətinin Nərimanov rayonunda yerləşən yataqxanasında olub və buradakı durumla yaxından maraqlanıblar. 

Yataqxanada 15 otaq var. Əlillər öz ailə üzvləri ilə birgə 16-17 kvadratmetrlik otaqda yaşayırlar. Problem bununla yekunlaşmır. Yataqxanada sadəcə bir mətbəx, bir hamam, bir tualet otağı olduğundan 
əməlli-başlı növbə yaranır. .

Dünya işığına həsrət qalmış bu insanların digər hansı problemləri var? Bunu bilmək üçün əməkdaşlarımızın hazırladığı video-süjetə baxaq.

Məlumat üçün bildirək ki, hazırda  Bakı şəhəri üzrə 142 nəfər gözdən əlil mənzil növbəsi gözləyir. Azərbaycanda isə 30 minə yaxın gözdən əlil var.


Hazırladılar: Babək Mirzəzadə
Şahpəri Abbasova
 
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb