"Olar, mənim oğlum əsgər getməsin?" - Nikol Paşinyandan QARABAĞ AÇIQLAMASI

20:11 | 22.04.2019

"Olar, mənim oğlum əsgər getməsin?" - Nikol Paşinyandan QARABAĞ AÇIQLAMASI

"Dövlət sistemində bütünlüklə ətalət hökm sürür. Bizim əsas vəzifəmiz onu dayandırmaqdır”.
Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan İrəvan Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə görüşü zamanı səsləndirib.
Redaktor.az news.am agentliyinə istinadən xəbər verir ki, baş nazir görüşdə Qarabağ məsələsinə də toxunub:
"Ən qəribəsi odur ki, bu məsələ ilə bağlı bizim cəmiyyətdə ümumi diskussiya olmayıb. Mən yeni baş nazir olanda çox adam müsahibə verirdi. Əvvəl deyirdilər ki, nə isə satıblar, sonra dedilər ki, başqa bir şey satıblar, indi isə deyirlər ki, satmayıblar, amma indilərdə satacaqlar. Danışıqlara gedən zaman arxamca gəzən bu söhbətlər barədə heç kim məndən nə isə soruşmurdu. Ümumiyyətlə, bu söhbətlər nə üçündür? Bu gün erməni xalqı "al, bu kağızda hər şey yazılıb, əzbərlə, get, danışıqlarda məsələni həll et",- demir. 
Nikol Paşinyanın sözlərinə görə, onun Qarabağ məsələsinə öz baxış bucağı var, lakin əsas söz erməni xalqının olmalıdır. "Məsələ bu və ya digər bir hökumətin, baş nazirin marağına uyğun yox, məhz xalqın iradəsinə görə tənzimlənməlidir".
Baş nazir sonda "Ermənistanın Dağlıq Qarabağın təhlükəsizliyinə qarant olduğunu deyiriksə, o zaman bizim övladlarımız orduya getməlidir. Lakin söhbət orduya gələndə sual veririk. Olar, mənim oğlum əsgər getməsin? Onun yerinə qonşunun uşağı getsin?",- deyə vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb