OPEC-dən Azərbaycanın neft hasilatı ilə bağlı açıqlama

17:53 | 13.05.2016
OPEC-dən Azərbaycanın neft hasilatı ilə bağlı açıqlama

OPEC-dən Azərbaycanın neft hasilatı ilə bağlı açıqlama

OPEC Azərbaycanın neft hasilatını azaltması barədə hesabat yayıb.

ANS PRESS-in məlumatına görə,  Azərbaycanda 2016-cı ilin martında gündə 0,84 milyon barel neft hasil edilib.

Bu rəqəm yanvar və fevral aylarına nisbətən 10 və 20 min barel azdır.  Hasilat barədə məlumatlar OPEC-in may ayı üçün dərc edilən məruzəsində bildirilir.

Təşkilatın hesablamalarına görə, Azərbaycan 2016-cı ildə neft hasilatını gündə 40 min barel (gündə 0,82 milyon barelə qədər) azalacaq. Azərbaycanda hasil olunan neftin əsas həcmi "Azəri-Çıraq-Günəşli" yatağının payına düşür.

BP-nin məlumatına görə, 2015-ci ilin əvvəllərində Azərbaycanda neft ehtiyatlarının təsdiq edilmiş həcmi yeddi milyard barel təşkil edir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 2015-ci ildə 41,69 milyon ton neft və qaz kondensatı çıxardılıb.

Neftin dünya bazarında qiymətinin enməsi ixracatçı dövlətləri narahat edirdi. Bu səbəbdən Rusiyanın və digər ixracatçıların təklifi ilə aprelin 17-də Qətərin paytaxtı Doha şəhərində OPEC-in iclası keçirilib. İclasda təşkilata daxil olan dövlətlərlə yanaşı, olmayanlar da iştirak edib. Görüşün məqsədi neftin hasilatının 2016-cı ilin yanvar ayı səviyyəsində saxlanılması barədə qərar qəbul etmək idi.

Lakin Səudiyyə Ərəbistanının İran ilə ziddiyyətli münasibətləri neftin hasilatının "dondurulmasına” imkan vermədi.

Doha görüşü Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Qətərin təşəbbüsü ilə keçirilib. Bundan başqa, görüşdə Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri kimi iri neft istehsalçıları ilə yanaşı Azərbaycan və Qazaxıstan da iştirak edib.

Azərbaycanı bu toplantıda energetika naziri Natiq Əliyev təmsil edib.  O, Azərbaycanın neft hasilatının dondurulmasına razı olduğunu bildirib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti