OPEK ölkələri neftin qiymətini çökdürməyə qərar veriblər

16:50 | 12.07.2016
OPEK ölkələri neftin qiymətini çökdürməyə qərar veriblər

OPEK ölkələri neftin qiymətini çökdürməyə qərar veriblər

OPEK neft hasilatını 2008-ci ildən indiyə qədər mövcud maksimum həddə çatdırdı. 

Oxu.Az xəbər verir ki, bu barədə "S&P Global Platts” hesabatında deyilir.

2016-cı ilin may ayı ilə müqayisədə iyun ayında kartelə daxil olan ölkələr ümumilikdə sutka ərzində hasilat göstəricisini 0,3 milyon barel artıraraq 32,73 milyona çatdırıblar.  

Sutka ərzində ən yüksək artım göstəricisi Nigeriyaya məxsusdur – ölkədə sutka ərzində hasilat 0,15 milyon barel artaraq 1,57 milyona çatıb. 

İran da hasil edilən neftin həcmini artırıb. Sutka ərzində göstərici 0,08 milyon barelə qədər artaraq 3,63 milyon bareldən ibarət olub. Səudiyyə Ərəbistanının da hasilat göstəricisi analoji şəkildə artıb, iyuna olan göstəriciyə görə, ölkədə sutka ərzində 10,33 milyon barel neft hasil edilib. 

Anqola, Ekvador, İndoneziya və Qətərdə neft hasilatı göstəriciləri aylıq hesablamalarda dəyişməz olaraq qalıb. 

Bununla yanaşı, iki ölkədə - İraq və Venesuelada neft hasilatı 0,02 və 0,12 milyon azalıb.  

İyunun 18-də Venesuelanın neft naziri Euloxio del Pino hasilatın məhdudlaşdırılmasına dair tədbir görülmədiyi halda, 2017-ci ilin qışında yanacağın qiymətinin bir barel üçün 20 dollara qədər enə biləcəyinə dair xəbərdarlıq edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM