Oqtay Əsədov: "Biz Rusiyaya qarşı sanksiyalara qoşulmuruq"

14:03 | 02.02.2015
Oqtay Əsədov:

Oqtay Əsədov: "Biz Rusiyaya qarşı sanksiyalara qoşulmuruq"

"Rəsmi Bakı bütün hallarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək”

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov AŞPA-da Azərbaycanın Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinə səs verməsi ilə bağlı yaranan müxtəlif fikirlərə aydınlıq gətirib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında çıxış edən O.Əsədov buna görə Azərbaycanı ittiham edənlərə Avropanın Dağlıq Qarabağ münaqişəsinə münasibətini xatırladıb.

O qeyd edib ki, rəsmi Bakı bütün hallarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək: "Ancaq biz sanksiyalara qoşulmuruq, bunun əleyhinəyik. Guya deyirlər ki, Azərbaycan işğalçıya dəstək verir, işğalçıya haqq qazandır və sair. Xeyr. Bu, qətiyyən belə deyil. Biz sadəcə sanksiyalar əvəzinə, dialoqun tərəfdarıyıq. Necə ki, elə həmin Avropa Dağlıq Qarabağ məsələsində ermənilərə sanksiya tətbiq etmək əvəzinə, bizə ancaq dialoq təklif edir. Biz də onlara elə onların öz variantlarını hər yerdə eyni tətbiq etməyi təklif edirik. Bu o demək deyil ki, Ukrayna ilə bağlı nəsə mənfi mövqedəyik. Biz bütün mənalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM