Oqtay Əsədov millət vəkilinin fikri ilə razılaşmadı

13:27 | 02.02.2015
Oqtay Əsədov millət vəkilinin fikri ilə razılaşmadı

Oqtay Əsədov millət vəkilinin fikri ilə razılaşmadı

Milli Məclisdə Azərbaycanda azyaşlı uşaqları üçün aliment ala bilməyən qadınlara kömək məqsədilə dövlət tərəfindən yeni fond yaradılması təklif olunub.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, belə bir təkliflə millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında çıxış edib. Milli Məclisin xanım üzvü bildirib ki, 2012-ci ilin sonunda alimentdən imtina edən ataların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanun dəyişikliyi problemin həllinə köklü kömək edə bilməyib.

"Bu məsələ daha çox rayonlarda, kəndlərdə özünü qabarıq şəkildə göstərir. Aliment ala bilməyən analar çətin vəziyyətdə qalırlar. Adamların qeyri-rəsmi qazancı olsa da, rəsmi işləmədiyini bəhanə gətirərək, aliment ödəməkdən boyun qaçırırlar. Belə analar azyaşlı uşaqları ilə çox pis vəziyyətdə qalırlar”.

Bu cür problemlərdə qadınlara kömək məqsədilə millət vəkili ölkəmizdə Aliment Fondu yaradılmasını təklif etdi.

"Belə fond alimenti özü ödəyir, amma əvəzində atadan həmin vəsaiti ala bilir. Hətta işi olmadığını bəhanə gətirənləri işə düzəldir. Bu zaman isə analar məhkəmə qapılarında qalmır, işləri yüngülləşir”.

Spiker Oqtay Əsədov isə belə bir təkliflə razılaşmayıb. Bildirib ki, belə fond yaratmaqla problemləri daha da artırmaq olar. Spiker qeyd edib ki, aliment verməyənlərin sayı daha da artmış olar: "Bu məsələnin həlli üçün digər vasitələr düşünülməlidr. Bəzi ölkələrdə alimenti əmlaka yönəldirlər”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM