Ordumuz DANA-dan atışlara başladı – Video

19:44 | 24.12.2018
Ordumuz DANA-dan atışlara başladı – Video

Ordumuz DANA-dan atışlara başladı – Video

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən anews.az-a verilən məlumata görə, atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.
Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib.
Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb