Ordumuzun əsgəri şəhid oldu

17:15 | 13.03.2015
Ordumuzun əsgəri şəhid oldu

Ordumuzun əsgəri şəhid oldu

Martın 13-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.
 
 
ANN.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nəticədə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Quliyev Orxan Vaqif oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub.
 
 
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır. Şəhid olmuş hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq və düşmənə vurulacaq zərbə daha da sarsıdıcı olacaqdır.
 
 
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM