Orta məktəblərdə lazımsız ştatlar ləğv edildi

12:42 | 13.03.2015
Orta məktəblərdə lazımsız ştatlar ləğv edildi

Orta məktəblərdə lazımsız ştatlar ləğv edildi

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2014-cü ildə büdcə təşkilatlarında apardığı yoxlamaların nəticələri məlum olub.
 
Nazirlikdən fins.az-a verilən məlumata görə, ötən il 14 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər (kəndlər və qəsəbələr) üzrə ərazi nümayəndəliklərinə, mənzil kommunal təsərrüfatı qurumlarına, həmçinin, 14 təhsil, 7 tibb, 1 mədəniyyət, 2 meliorasiya müəssisəsinə və 2 diplomatik nümayəndəliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, habelə Maliyyə Nazirliyinin 5 yerli maliyyə orqanının yerli gəlir və xərclərin tərtibi, eləcə də icrası üzrə işlər yoxlanılıb.

Yoxlamalar nəticəsində məlum olub ki, 4 milyon 910,3 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verilib. Bu ödənişlər təqsirkar şəxslərdən alınaraq büdcəyə geri qaytarılıb.
Bundna başqa, ümumtəhsil məktəblərində yaradılmış 52 sinif komplekti və məktəbdənkənar müəssisələrdə təşkil olunmuş 140 dərnək və qrup, normadan artıq saxlanılmış 702,5 ştat vahidi ləğv edilib, evdə təhsilə cəlb edilmiş şagirdlərin yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilməsi nəticəsində onların sayı 73 nəfər azaldılıb, 107,9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş bir təşkilat üzrə yoxlama materialları tədbirlər görülməsi üçün Baş Prokurorluğuna göndərilib.

Nəzarət tədbirləri nəticəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş 914 vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinə əsasən 516,6 min manat cərimə edilib. Həmçinin Maliyyə Nazirliyinin yerli maliyyə orqanlarında aparılmış yoxlamaların nəticələri üzrə 3 vəzifəli şəxs tutduqları vəzifədən azad edilib, 8 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxsə xəbərdarlıq elan edilib.

Bütün bunlarla yanaşı, Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri Baş Prokurorluğun məktublarına və məhkəmə orqanlarının qərarlarına əsasən məktublarda və qərarlarda qeyd olunan suallar yoxlayıb, 6 milyon 27,2 min manat məbləğində israfçılıq halları aşkar olunaraq tədbirlər görülməsi üçün Baş Prokurorluğuna göndərilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM