Pakistan ABŞ-la hərbi əməkdaşlığı dayandırır

13:47 | 10.01.2018
Pakistan ABŞ-la hərbi əməkdaşlığı dayandırır

Pakistan ABŞ-la hərbi əməkdaşlığı dayandırır

Pakistan hərbi və kəşfiyyat xidmətləri xətti üzrə ABŞ-la əməkdaşlığı dayandırıb.AzVision.az Pakistanın "Dawn” qəzetinə istinadən xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xürrəm Dəstgir Xan bildirib.

"Biz hərbi və kəşfiyyat xidmətləri xətti üzrə ABŞ-la genişmiqyaslı əməkdaşlığı dayandırmışıq”, - deyə Pakistanın müdafiə naziri İslamabadda Strateji Araşdırmalar Mərkəzində çıxışı zamanı bildirib.

Xanın sözlərinə görə, milyardlarla dollar xərcləməyinə baxmayaraq ABŞ Əfqanıstanda məğlub olur. Nazir qeyd edib ki, rəsmi Vaşinqton hərbi uğursuzluqlarına görə Pakistanı günahkar çıxarmaq istəyir: "Pakistan öz qurbanlarına qiymət qoymağa çalışmır, lakin istəyir ki, onları tanısınlar”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb