Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə görüş zamanı Bakıda keçiriləcək COP29-da iştirak etməyə dəvət olunub.
Dövlət başçısı Pakistan-Azərbaycan əlaqələrini yüksək qiymətləndirdiyini və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduqlarını söyləyib. O, iki qardaş ölkə arasında münasibətləri daha da möhkəmləndirmək üçün qarşılıqlı əlaqələri, ikitərəfli mübadilələri və insanlar arasında təmasları təşviq etməyə çağırıb.
Muxtar Babayev Pakistan və Azərbaycan arasında ikitərəfli, xüsusilə turizm və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !