Pakistanda qəzada ölənlərin sayı artır

18:00 | 29.06.2017
Pakistanda qəzada ölənlərin sayı artır

Pakistanda qəzada ölənlərin sayı artır

Pakistanın şərqində benzin daşıyan maşın qəzaya uğrayıb, nəticədə yanğın baş verib. Yanğın nəticəsində ölənlərin sayı 173 nəfərə çatıb. 

Anews.az xəbər verir ki, bu barədə Associated Press agentliyi yerli xəstəxananın nümayəndəsi, həkim Abdula Basitə istinadən məlumat yayıb. 

Daha öncə 152 nəfərin öldüyü barədə məlumat yayılmışdı. Basitin sözlərinə görə, daha 37 nəfər xəstəxanada müalicə alır. 

Xatırladaq ki, hadisə bazar günü səhər saatlarında Pəncab əyalətində baş verib. Yerli sakinlər yanacaq yığmaq üçün aşan benzin daşıyan maşınının ətrafına toplaşıblar. Şahidlərin sözlərinə görə, bəziləri siqaret çəkiblər. Yanğın da bu səbəbdən başlayıb. Onlarla avtomobil, 75 motosiklet və dörd yük maşını alova bürünüb.   

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb